
V.Putin: “Bəzi sahibkarlar yaranmış ajiotajdan istifadə ediblər”
Rusiyada benzin böhranı yaranıb. Paytaxtda və ölkənin bir çox iri şəhərlərində yanacaq çatışmazlığı və benzinin bahalaşması müşahidə edilir. Aprelin ortalarından Rusiyadakı yanacaqdoldurma məntəqələri müştərilərinə 20 litrdən artıq benzin satmır. Daha sonra qıtlıq Yekatirinburq, Tomsk, Murmansk, Novosibirsk vilayəti, Saxalində, müşahidə edilib.
Yanacaq çatışmazlığı yarananda qiymətlərdə də artım baş verib. Ayrı-ayrı
vilayətlərdə benzinin qiyməti 70 sentdən 90 sentə yüksəlib. Problemi həll etmək
üçün Rusiya hökuməti ciddi qərarlar qəbul etməyə başlayıb. Mayın əvvəlindən
Rusiyadan xaricə benzin ixracına 1 aylıq qadağa qoyulub. Vəziyyət yaxşılığa
doğru dəyişməsə, qadağanın müddəti uzadılacaq. Yanacağın bahalaşması
səbəbindən neft şirkətləri mart və aprel aylarında yüksək gəlir əldə edib. İndi
onlar öz məhsullarını daxili bazarda satacaqlar.
Rusiyada istehsal olunan benzinin 5,7 milyon tonu daxili bazarda 2,1 milyon
tonu isə xaricə satılıb. Rusiyada benzin çatışmazlığına müxtəlif amillər səbəb
olub: bəzi emal zavodları yaz aylarında təmirə dayandırılıb, yazın gəlişi ilə
tarla işlərinin sürətlənməsi yanacağa tələbatı artırıb. Ən əsası isə, dünya
bazarında neftin bahalaşmasından istifadə edən emal şirkətləri xaricə benzin
ixracını artırıb. Yanacaq çatışmazlığından istifadə edən bəzi sahibkarlar yaranmış
ajiotajdan istifadə etməyə çalışıblar. Rusiya ötən il 500 milyon tondan çox
neft çıxarıb. May ayında benzinin bir tonunun qiyməti 43,8 % artaraq 284
dollardan 408 dollara qalxıb.
Necə deyərlər,
aləmi bəzər, özü lüt gəzər.
Bəhram Mustafabəyli
O.M.