Azərbaycanda hansı vəhşi heyvanlar harada və hansı qiymətə ovlana bilər? – SİYAHI
Ən ucuz dovşan, ən baha təkədir
İyunun 1-dən etibarən açıq elan edilən ov mövsümündə respublika ərazisində vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə və hansı normalar daxilində icazə verildiyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublika ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib;
- Təkə 01 iyun - 19 oktyabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
- Qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
- Dovşan 09 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində; 2 baş (adambaşına)
- Bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində ( nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir).
- Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
- Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
- Təkə - Zaqatala, Şəki, Qax, Quba ;
- Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:
- Dovşan 2 manat 20 qəpik;
- Çaqqal 3 manat 96 qəpik;
- Yenot və qunduz 1 manat 65 qəpik;
- Təkə 24 manat 75 qəpik;
- Qaban (çöl donuzu) 16 manat 50 qəpik.
Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.
O.M.















































































.jpg)
.jpg)
.jpg)







