Ukrayna dronlarının zərbələri nəticəsində noyabr ayında Rusiyanın neft emalı zavodlarında istehsal yarıya qədər azalıb
Oktyabr ayının sonundan bəri Ukrayna dronlarının hücumları Rusiyada neft emalı həcminin 45% azalmasına səbəb olub. Artıq on beş əsas neft emalı zavodu zərbələr nəticəsində zədələnib.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentliyin mənbələrinə görə, silsilə hücumlar Rusiyanın 35 əsas neft emalı zavodundan 15-də fasilələrə və ya tamamilə bağlanmaya səbəb olub. Ötən həftənin ortalarına qədər doqquz belə obyekt var idi. Son 20 gündə demək olar ki, dron hücumları səbəbindən Rusiyada neft emalı həcmi gündə təxminən 400.000 tona (təxminən gündə 3 milyon barel) düşüb.
Oktyabr ayının sonundan bəri hücumlardan ciddi zərə görən Rusiya neft emalı zavodlarının ümumi nominal gücü gündə təxminən 500.000 ton təşkil edir. Bu, ölkənin ümumi ilkin neft emalı gücünün təxminən 54%-nə uyğundur .
Eyni zamanda, mənbələr qeyd edirlər ki, ayrı-ayrı neft emalı zavodlarında kəskin azalmalara baxmayaraq, noyabr ayında orta ümumi emal həcmi gündə 500.000 tondan çox olaraq qalıb. Bu, sentyabr və oktyabr aylarındakı səviyyələrdən cəmi 5-10% aşağıdır.
Əziz Mustafa













































.jpg)















.jpg)













.jpg)


.png-1.png)











