Britaniyanın müdafiə şirkəti BAE Systems 1070 iş yerini ixtisar edəcək

Britaniyanın müdafiə şirkəti BAE Systems 1070 iş yerini ixtisar edəcək

Bəyəndim (0) Bəyənmədim (0)


Britaniyanın müdafiə və aerokosmik şirkəti BAE Systems Böyük Britaniyadakı qərargahında və aviasiya bölməsində 1070 iş yerini ixtisar edəcək.

Oxuməni.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, şirkət bu qərarı rəqabət qabiliyyətini və əməliyyat səmərəliliyini artırmaq istəyi ilə izah edib.
BAE Systems planlaşdırılan ixtisarların istehsal sexi işçilərinə və ya təyyarələrin texniki xidmət mütəxəssislərinə təsir etməyəcəyini bildirib. Şirkət sözçüsü Sky News-a bildirib ki, bu addım müştəri müdafiəsi vəsaitlərindən maksimum istifadə etmək üçün çevikliyi və rəqabət qabiliyyətini artırmaq səylərinin növbəti mərhələsidir.

Bu açıqlama, 2022-ci ildə təcavüzkar dövlət olan Rusiyanın Ukraynaya hücumundan sonra milli müdafiə xərclərinin artması və geosiyasi vəziyyətin gərginləşməsi artması fonunda verilib.
Ekspertlər planlaşdırılan işdənçıxarmaları tənqid edərək bildirib ki, müdafiə xərcləri ilə bağlı hökumət qərarlarının gecikməsi Böyük Britaniyada iş yerlərini risk altına qoyur.

Əziz MUSTAFA