Azərbaycan Gürcüstana qaz ixracını artırıb
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana təbii qaz ixracı həm dəyər, həm də həcm baxımından 5%-dən çox artıb. Oxuməni. az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Səkkiz ay ərzində Gürcüstana qaz halında 1,633 milyard kubmetr təbii qaz tədarük olunub. Tədarükün dəyəri 178,435 milyon dollar təşkil edib.
2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə Azərbaycanın Gürcüstana qaz ixracının dəyəri 8,968 milyon dollar və ya 5,3% artıb. Tədarükün həcmi isə 81,9 milyon kubmetr, yaxud 5,3% çox olub.
Ümumilikdə, cari ilin qeyd olunan dövründə Azərbaycan səkkiz ölkəyə qaz halında 16,378 milyard kubmetr qaz tədarük edib. İxracın dəyəri 5,711 milyard dollar təşkil edib.
Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 286,011 milyon dollar və ya 4,8% azalıb. Tədarükün həcmi isə demək olar ki, dəyişməyib — 0,5% azalaraq 75,102 milyon kubmetr təşkil edib.
Almaz Həsənli





















.jpg)















.jpg)
.jpg)






.jpg)












.jpg)































