DeepSeek investorlardan 15 milyard dollar toplayıb

DeepSeek investorlardan 15 milyard dollar toplayıb

Bəyəndim (1) Bəyənmədim (0)

Çin süni intellekt tərtibatçısı DeepSeek son maliyyələşdirmə raundunda təxminən 100 milyard yuan (15 milyard dollar) toplayıb. Oxuməni az xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat verib. Agentliyin mənbələri investorlar sırasında Çin texnologiya şirkəti Tencent Holdings və elektrik nəqliyyat vasitələri batareyalarının dünya üzrə ən böyük istehsalçılarından biri olan CATL-i qeyd edir.

Bloomberg qeyd edir ki, bu, "ölkədə (Çində — red.) ən böyük maliyyələşdirmə raundlarından biridir və startapın Anthropic və OpenAI kimi şirkətlərlə qlobal miqyasda rəqabət aparmaq iddiasının göstəricisidir". Mənbələrə görə, əvvəlcə 50 milyard yuan (7,5 milyard dollar) investisiya planlaşdırılmışdı. Son investisiya məbləği hələ dəyişə bilər, çünki cari raund hələ yekunlaşdırılmayıb.

Almaz Həsənli