Brent neftinin qiyməti bahalaşıb
Cümə axşamı səhər saatlarında Yaxın Şərqdən tədarük ilə bağlı narahatlıqlar və ABŞ-da ehtiyatların azalması fonunda neft qiymətləri nəzərəçarpacaq dərəcədə artır.
Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:09-a olan məlumata əsasən, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin dəyəri bir barel üçün 111,03 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanış səviyyəsindən 2,21 dollar (2,03%) çoxdur. Çərşənbə günü bu müqavilələrin qiyməti 0,03 dollar (0,03%) bahalaşaraq bir barel üçün 108,82 dollar təşkil etmişdi.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin dekabr fyuçersləri bu vaxta qədər 1,74 dollar (1,79%) bahalaşaraq bir barel üçün 98,89 dollara çatıb. Ötən sessiyanın yekunlarına əsasən, onların dəyəri 0,67 dollar (0,68%) azalaraq bir barel üçün 97,15 dollar təşkil etmişdi.
Almaz Həsənli











.jpg)














.jpg)




































































