Brent neftinin qiyməti bahalaşıb
Səudiyyə Ərəbistanındakı obyektlərə edilən yeni hücumlarla bağlı xəbərlər fonunda çərşənbə axşamı neft qiymətləri mülayim şəkildə artır.
Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:07-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,37 dollar (0,34%) artaraq bir barel üçün 109,92 dollar təşkil edib. Bazar ertəsi Brent nefti 0,31 dollar (0,3%) ucuzlaşaraq 109,55 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 0,33 dollar (0,32%) bahalaşaraq bir barel üçün 103,99 dollara çatıb. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 2,25 dollar (2,2%) artaraq 103,66 dollar olmuşdu.
Almaz Həsənli
Digər xəbərlər









.jpg)





















































.jpg)








.jpg)





















