Amerikanın KFC şəbəkəsi 40 illik tərəfdaşlıqdan sonra Pepsi-dən Coca-Cola içkilərinə keçəcək

Amerikanın KFC şəbəkəsi 40 illik tərəfdaşlıqdan sonra Pepsi-dən Coca-Cola içkilərinə keçəcək

Bəyəndim (1) Bəyənmədim (0)

Tez hazırlanan yeməklər (fast-food) restoranlar şəbəkəsi olan KFC, Pepsi ilə 40 illik tərəfdaşlıqdan sonra ABŞ-da Coca-Cola içkilərinə keçəcək. Oxuməni. az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

KFC-dən bildirilib ki, Coca-Cola-ya keçid 2027-ci ilin əvvəlində baş tutacaq. Sövdələşmənin maliyyə şərtləri açıqlanmır.

"Reuters" qeyd edir ki, ABŞ-da 3718 obyekti olan KFC ilə müqavilənin itirilməsi, istehlakçıların daha sağlam qidalara keçidi səbəbindən onsuz da çətinlik çəkən PepsiCo üçün ABŞ-da içki satışlarını artırmaq cəhdləri fonunda "zərbə ola bilər".

PepsiCo qeyd edib ki, KFC restoranları ilə ABŞ-dan kənarda əməkdaşlıq davam edəcək.

Pepsi içkiləri KFC-də 1980-ci illərdə, PepsiCo şirkəti bu restoranlar şəbəkəsini aldıqdan sonra peyda olub. Daha sonra PepsiCo öz restoran biznesini (KFC-dən başqa, şirkət həm də Taco Bell və Pizza Hut-a sahib idi) ayrıca bir korporasiya olan "Yum! Brands"-ə ayırıb.

KFC ticarət dövriyyəsinə görə dünyada (McDonald's-dan sonra) ikinci restoran şəbəkəsidir. Ümumilikdə, bu brend altında 32 minə yaxın obyekt fəaliyyət göstərir.

Almaz Həsənli