Azərbaycan yenidən "Qazprom"dan qaz almaq istəyir
Azərbaycan yenidən "Qazprom"dan qaz almağa başlamağı planlaşdırır. Bu barədə "Rusiya Enerji Həftəsi" (REW) forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov bildirib. Oxuməni az xəbər verir ki, məlumatı "İnterfaks" agentliyi yayıb.
O, xatırladıb ki, vaxtilə SOCAR artıq "Qazprom"dan qaz alıb.
"İndi yenə almaq istəyirik və "Qazprom"la qaz mübadiləsi edirik", - deyən Nəsirov, "Qazprom"a qaz satmağın onu almaqdan daha xoş olduğunu zarafatla qeyd edib.
O əlavə edib ki, mümkün həcmlər və tədarük müddətləri ilə bağlı hələlik heç bir konkretlik yoxdur, lakin Azərbaycanın "Qazprom"la "mövsümi svoplar etdiyini və bunun normal iş prosesi olduğunu" vurğulayıb.
Almaz Həsənli
Digər xəbərlər




.jpg)












.jpg)





























































.jpg-3.jpg)
.jpg-2.jpg)









