Brent nefti ucuzlaşıb
Cümə axşamı neft qiymətləri əvvəlki sessiyanın yekunlarına görə artdıqdan sonra aşağı düşür. İnvestorlar Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyəti, həmçinin ABŞ-ın neftin daşınması xərclərini azaltmaq istiqamətindəki səylərini qiymətləndirirlər.
Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 104,3 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,76 dollar (1,66%) aşağıdır. Çərşənbə günü bu müqavilələrin qiyməti 0,37 dollar (0,35%) artaraq 106,06 dollar/barel təşkil etmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri bu vaxta olan məlumata görə 1,09 dollar (1,15%) ucuzlaşaraq bir barel üçün 94 dollara düşüb. Əvvəlki sessiyanın yekunlarına görə, onların qiyməti 0,95 dollar (1,01%) artaraq 95,09 dollar/barel olmuşdu.
Almaz Həsənli
































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)









































.jpg)
















