Brent neftinin qiyməti ucuzlaşıb
Bazar ertəsi səhər saatlarında neftin qiyməti cümə günü baş vermiş artımından sonra enməkdədir.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:14-ə olan məlumata əsasən, Londonun “ICE Futures” birjasında Brent markalı neftin dekabr flyuçersləri 1,17 dollar (1,12%) ucuzlaşaraq bir barrel üçün 103,55 dollar təşkil etdib. Cümə günü Brent markalı neftin qiyməti 0,44 dollar (0,42%) bahalaşaraq bir barrel üçün 104,72 dollara çatıb.
Bu vaxta qədər Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin noyabr flyuçersləri 1,35 dollar (1,47%) ucuzlaşaraq bir barrel üçün 90,50 dollar olub. Ötən sessiyanın nəticələrinə görə, bu müqavilə 0,36 dollar (0,39%) bahalaşaraq bir barrel üçün 91,85 dollara bərabər olub.
Almaz Həsənli






.jpg)



.jpg)
















.jpg)










































.jpg)




















