Gürcüstan Azərbaycandan qaz tədarükü müqaviləsinin 20 il müddətinə uzadıldığını açıqlayıb
Azərbaycan və Gürcüstan qaz tədarükü haqqında sazişin müddətini 20 il uzadıblar. Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, sənəd iki ölkə arasında hökumətlərarası danışıqların uğurla başa çatması nəticəsində uzadılıb.
“Bu, qonşumuz Azərbaycanla dostluq və qarşılıqlı hörmət şəraitində aparılan danışıqlar idi. Nəticədə qarşılıqlı faydalı razılaşmalara nail olduq”, – deyə Gürcüstan iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze bildirib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında 2003-cü ildən qüvvədə olan qazın alqı-satqısı müqaviləsinin müddəti bu il başa çatmalı idi. May ayında tərəflər müqavilənin müddətinin uzadılması barədə razılaşmanın rəsmiləşdirildiyini açıqlamışdılar.
Almaz Həsənli




.jpg)



.jpg)



















.jpg)















.jpg)








.jpg)






































