Brent nefti bahalaşıb

Brent nefti bahalaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə axşamı neft qiymətləri əvvəlki günkü enişdən sonra nəzərəçarpacaq dərəcədə artır.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:02-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri bir barel üçün 102,46 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki sessiyanın bağlanış səviyyəsindən 2,26 dollar (2,26%) yüksəkdir. Çərşənbə günü bu müqavilələr 0,38 dollar (0,38%) ucuzlaşaraq bir barel üçün 100,2 dollara düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə bu vaxta qədər 1,74 dollar (1,97%) bahalaşaraq bir barel üçün 90,02 dollara çatıb. Ötən gün onların dəyəri 1,16 dollar (1,3%) azalaraq 88,28 dollar təşkil etmişdi.

Almaz Həsənli