Rusiyanın ən böyük platin yataqları müəyyən edilib
Ən böyük platin və palladium yataqları Krasnoyarsk diyarında yerləşir.
Oxuməni.az xəbər verir ki, bu barədə Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, Rusiya bu metalların ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Qurum platin qrupuna aid əsas metalların yataqlarını müəyyən edib: "Oktyabrskoye" (4 971,4 ton), "Talnaxskoye" (4 106,1 ton) və "Norilsk-1" (3 203,3 ton).
Bu resursların ən böyük ehtiyatları Cənubi Afrikadadır (63 000 ton). Zimbabve üçüncü yeri tutur (1 300 ton).
.jpg)
Bu ilin əvvəlinə olan məlumata görə, Rusiyanın platin ehtiyatları 3 631 ton, palladium ehtiyatları isə 11 354 ton səviyyəsində qiymətləndirilib.
2026-cı ilin iyun ayında platinin bazar qiyməti əvvəlki ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Bir məqamda qiymətlər troy unsiyası üçün 1 621,8 dollara qədər enib. Eyni zamanda, 2026-cı ildə palladium və platinin qiymətlərinin 50% arta biləcəyinə dair proqnozlar da mövcud idi.
Əziz MUSTAFA

.jpg)




















.jpg-2.jpg)



































































