İranın neft naziri istefa verib
İranın neft naziri Möhsün Paknejad istefa verib. Oxuməni. az xəbər verir ki, bu barədə prezident administrasiyası rəhbərinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbatəbai məlumat verib.
IRNA-nın sitat gətirdiyi Təbatəbainin bəyanatında deyilir: "Möhsün Paknejad şəxsi səbəblərə görə neft naziri vəzifəsindən istefa ərizəsi təqdim edib; əvvəllər prezident bu xahişi rədd etmişdi. Lakin onun israrını nəzərə alaraq, (İran Prezidenti Məsud.— red.) Pezeşkian istefanı qəbul edib".
İran prezidenti neft naziri vəzifəsini icra edən müvəqqəti şəxs qismində Həmid Bovardı təyin edib. IRNA-nın məlumatına görə, fərmanda Bovardın rəhbər vəzifələrdəki səriştəsi və iş təcrübəsi qeyd olunub. O, buna qədər İran Milli Neft Şirkətinin (NIOC) idarəedici direktoru vəzifəsində çalışıb.
Almaz Həsənli
















.jpg)










































































