Brent markalı neftin qiyməti ucuzlaşıb
Cümə günü neft bazarı ötən gün baş verən qiymət artımından sonra zəif templə ucuzlaşır.
Bazara Yaxın Şərqdən neft tədarükünün bərpası ilə bağlı əlamətlər təsir göstərir, eyni zamanda treyderlər ABŞ və İran arasında münaqişənin yenidən kəskinləşəcəyindən ehtiyat edirlər.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,29 dollar (0,28%) azalaraq bir barel üçün 102,02 dollar təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən aşağıdır. Cümə axşamı həmin müqavilələrin qiyməti 4,28 dollar (4,37%) artaraq 102,31 dollara yüksəlmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 0,45 dollar (0,48%) ucuzlaşaraq bir barel üçün 92,42 dollar olub. Ötən sessiyanın yekununda onların dəyəri 2,45 dollar (2,71%) artaraq 92,87 dollara çatmışdı.
Almaz Həsənli





























































































