Brent markalı neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə axşamı səhər saatlarında neftin qiyməti, ABŞ-İran danışıqlarında irəliləyişin olmaması səbəbindən əvvəlki gün qeydə alınan artımdan sonra azalır.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri bir barel üçün 96,69 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,34 dollar (1,37%) aşağıdır. Çərşənbə günü bu fyuçerslərin qiyməti 1,87 dollar (1,9%) artaraq 98,03 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 1,52 dollar (1,68%) ucuzlaşaraq bir barel üçün 88,90 dollar təşkil edib. Ötən sessiyanın yekununda onların dəyəri 1,04 dollar (1,2%) artaraq 90,42 dollara yüksəlmişdi.

Sentyabr ayı ərzində Brent markalı neft təxminən 14%, WTI isə 5% bahalaşıb.

Almaz Həsənli