Brent nefti bahalaşıb
Bazar ertəsi səhər saatlarında ABŞ prezidenti Donald Trampın həftəsonu verdiyi bəyanatlardan sonra Hörmüz boğazı vasitəsilə neft tədarükünün bərpasının daha da gecikəcəyi ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti artır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 107,26 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 2,94 dollar (2,82%) bahadır. Ötən cümə günü bu müqavilələrin qiyməti 2,28 dollar (2,14%) azalaraq bir barel üçün 104,32 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 1,71 dollar (1,85%) bahalaşaraq bir barel üçün 94,12 dollara çatıb. Ötən sessiyanın yekununda onların dəyəri 2,20 dollar (2,33%) azalaraq 92,41 dollar təşkil etmişdi.
Almaz Həsənli






























































































