Brent markalı neft qiymət artımından sonra ucuzlaşıb
Çərşənbə günü baş verən kəskin bahalaşmadan sonra cümə axşamı neftin qiyməti ucuzlaşır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,79 dollar (0,77%) azalaraq bir barel üçün 102,29 dollar təşkil edib. Çərşənbə günü Brent markalı neft 3,83 dollar (3,86%) bahalaşaraq 103,08 dollara yüksəlmişdi.
Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri 0,72 dollar (0,78%) ucuzlaşaraq bir barel üçün 91,44 dollar olub. Ötən sessiyanın yekununda müqavilənin qiyməti 1,64 dollar (1,81%) artaraq 92,16 dollara çatmışdı.
Almaz Həsənli
Digər xəbərlər































































































