Brent markalı neftin qiyməti ucuzlaşıb
Çərşənbə günü Fars körfəzi regionundan tədarüklərin artacağına dair gözləntilər fonunda neft qiymətləri enişini davam etdirir.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,82 dollar (0,83%) azalaraq bir barel üçün 98,43 dollar təşkil edib. Çərşənbə axşamı bu müqavilələrin qiyməti 1,09 dollar (1,09%) ucuzlaşaraq 99,25 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 1,32 dollar (1,46%) azalaraq bir barel üçün 89,2 dollara düşüb. Ötən sessiyanın yekununda onların dəyəri 1,85 dollar (2%) azalaraq 90,52 dollar təşkil etmişdi.
Almaz Həsənli
Digər xəbərlər





























































































