Çinli investor Qaraqalpaqstanda 200 hektar ərazidə 4 ton qızıl aşkar edib
Qaraqalpaqstanda 1000 nəfərin işlə təmin olunacağı və geoloji kəşfiyyatın genişləndiriləcəyi qızıl hasilatı və emalı klasteri yaradılacaq. Hazırda kəşfiyyat işləri region ərazisinin yalnız 20%-də başa çatıb. Urusoy yatağında Çinli investor artıq cari qiymətlərlə təxminən 563 milyon dollar dəyərində 4 ton qızıl aşkar edib.
Qaraqalpaqstanda geoloji kəşfiyyatın genişləndirilməsi ilə yanaşı, qızıl hasilatı və emalı klasterinin yaradılması planlaşdırılır.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukusda keçirilən iclasda bildirib. Onun sözlərinə görə, geoloji kəşfiyyat işləri region ərazisinin yalnız 20%-də başa çatıb. Dövlət başçısı qeyd edib ki, iri investorların gəlişinə baxmayaraq, Qaraqalpaqstandakı xammal ehtiyatları haqqında məlumatlar kifayət deyil.
Nümunə olaraq, prezident Çin investorunun Qarauzyak rayonundakı Urusoy yatağında layihəsini misal gətirib. Şirkət 33 milyon dollar sərmayə qoyub və yeni texnologiyalar tətbiq edib, bundan sonra 200 hektar ərazidə 4 ton qızıl ehtiyatı aşkar edib (cari qiymətlərlə qızılın dəyəri 563 milyon dollar qiymətləndirilir) və 320 iş yeri yaradıb.
Məsul şəxslərə investorlar tərəfindən qaldırılan məsələləri bir ay ərzində həll etmək, 1000 iş yeri olan qızıl hasilatı və emalı klasterini yaratmaq, hərtərəfli kəşfiyyat proqramı hazırlamaq və yataqların ehtiyatlarını yenidən qiymətləndirmək tapşırılıb.
Xatırladaq ki, Özbəkistan ildə təxminən 120 ton qızıl istehsal edir ki, bunun da əksəriyyəti (təxminən 100 ton) Nəvai Mədən və Metallurgiya Zavodunun payına düşür.
Əziz MUSTAFA



























































































