Çin dünyanın ilk sualtı günəş elektrik stansiyasını açıq dənizdə sınaqdan keçirib

Çin dünyanın ilk sualtı günəş elektrik stansiyasını açıq dənizdə sınaqdan keçirib

Bəyəndim (1) Bəyənmədim (0)


Çin dünyanın ilk sualtı günəş elektrik stansiyasını açıq dənizdə sınaqdan keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) qəzetinin məlumatında deyilir.

Nəşrin yazdığına görə, sınaqlar 10 metr dərinlikdə aparılıb. Elektrik stansiyası Yunnan Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Stansiya perovskit strukturlu qurğuşun halogenidlərinə əsaslanan fotovoltaik sistemdən istifadə edir. 10 metr dərinlikdə qurğu batareyaları doldurub və LED paneli işə salıb.

"Bu iş ilk dəfə olaraq 10 metrə qədər dərinlikdə real şəraitdə günəş batareyalarının işini nümayiş etdirir", - deyə alim Venhua Çjan izah edib.

Qeyd olunur ki, əvvəlki sualtı günəş batareyası dizaynları çox dayaz dərinliklər üçün - 2 metrdən çox olmayan - hazırlanmışdır. Günəş elektrik stansiyası sualtı sensorları, detektorları, rabitə sistemlərini, kameraları, eləcə də sualtı robotları və nəqliyyat vasitələrini enerji ilə təmin etmək üçün istifadə edilə bilər.

Əziz MUSTAFA