Azərbaycandan Hindistana neft ixracı 500 dəfə artıb
Azərbaycan 2026-cı ilin əvvəlindən, yanvar-avqust ayları ərzində Hindistana neft ixracını bir neçə yüz dəfə artırıb. Oxuməni az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarından irəli gəlir.
Qeyd olunan dövrdə tədarük 524 338 ton xam neft təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 300 dəfə çoxdur. İxracın dəyəri isə 399 milyon 207 min dollar olub ki, bu da keçən ilin göstəricilərini 510 dəfə üstələyir.
Azərbaycandan ixrac olunan ümumi neft həcmində Hindistana göndərilən xam neftin payı 3,6% təşkil edib.
Almaz Həsənli
Digər xəbərlər
























































































