Brent markalı neftin qiyməti ucuzlaşıb
Cümə axşamı səhər saatlarında neftin qiyməti, Yaxın Şərqdən yanacaq tədarükündə fasilələr yaranması ilə bağlı narahatlıqların azalması fonunda ötən gün müşahidə olunan nəzərəçarpacaq enişdən sonra mülayim şəkildə aşağı düşür.
Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,14 dollar (0,13%) ucuzlaşaraq bir barel üçün 105,69 dollara düşüb. Çərşənbə günü Brent markalı neft 2,92 dollar (2,7%) ucuzlaşaraq 105,83 dollara bərabər olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarında WTI markalı neftin oktyabr fyuçersləri 0,27 dollar (0,26%) ucuzlaşaraq bir barel üçün 102,16 dollar təşkil edib. Ötən sessiyanın yekununda müqavilənin qiyməti 3,4 dollar (3,2%) azalaraq 102,43 dollara düşmüşdü.
Almaz Həsənli
























































































