Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

Bəyəndim (1) Bəyənmədim (0)

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,74 dollar və ya 0,58% artaraq 128,03 dollar təşkil edib. Oxuməni. az xəbər verir ki, bu barədə hərracların yekun nəticələri göstərir.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" neftinin qiyməti 0,74 dollar və ya 0,61% artaraq bir barel üçün 122,45 dollar olub.

"URALS" markalı xam neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,8 dollar və ya 1,9% azalaraq bir barel üçün 95,14 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Azərbaycanda "Azeri Light" markalı neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Dövlət Neft Şirkətinin (SOCAR) müqavilədəki payı 35,3%-dir.

Qeyd edək ki, neft qiymətlərinin artması tədarükdəki fasilələr və Yaxın Şərqdəki geosiyasi gərginliklə bağlıdır. Səudiyyə Ərəbistanı pilotsuz uçuş aparatlarının hücumundan sonra "Şərq-Qərb" neft kəmərinin işini və Qırmızı dənizdəki Yanbu limanında xammalın yüklənməsini dayandırıb. ABŞ və İran arasındakı münaqişə səbəbindən Hörmüz boğazının faktiki bağlanması da bazara əlavə təzyiq göstərir.

Almaz Həsənli