Brent nefti kəskin bahalaşıb

Brent nefti kəskin bahalaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Bazar ertəsi səhər saatlarında husilərin Səudiyyə Ərəbistanındakı müxtəlif obyektlərə yeni hücumları, habelə krallıqdakı mühüm neft kəmərinin bağlanması səbəbindən neft qiymətləri aktiv şəkildə artır.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:17-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri bir barel üçün 107,17 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 2,56 dollar (2,45%) bahadır. Ötən cümə günü bu fyuçerslərin qiyməti 3,02 dollar (2,81%) ucuzlaşaraq 104,61 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 2,56 dollar (2,56%) bahalaşaraq bir barel üçün 102,61 dollara çatıb. Ötən sessiyanın yekununda onların dəyəri 2,43 dollar (2,37%) azalaraq 100,05 dollar olmuşdu.

Ötən həftə ərzində hər iki neft markası 8%-dən çox bahalaşıb.

Almaz Həsənli