ABŞ-da 11 sentyabr terror aktlarının 25-ci ildönümünə həsr olunmuş sikkə buraxılıb
ABŞ Zərbxanası 11 sentyabr terror aktlarının 25-ci ildönümünə həsr olunmuş 50 sent nominalında sikkə buraxıb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Filadelfiyada zərb edilən sikkələrin üzərində Azadlıq heykəri təsvir olunub. Heykəlin yanında “Heç vaxt unutmayacağıq. 9.11.01” yazısı yerləşdirilib. Sikkələri 20 və ya 100 ədədlik qablaşdırmalarda müvafiq olaraq 40 və 100 dollara almaq mümkündür.
“Biz həlak olanların xatirəsini yad edir və həmvətənlərini xilas etmək üçün həyatlarını riskə atan insanların cəsarətinə ehtiramımızı bildiririk. Faciədən 25 il sonra qurbanlara və onların ailələrinə verdiyimiz söz dəyişməz olaraq qalır: biz heç vaxt unutmayacağıq”, — deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentin sözlərini qurumun mətbuat xidməti sitat gətirib.
Almaz Həsənli























































































