Brent markalı neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə günü səhər saatlarında neft qiymətləri aşağı düşür, lakin Yaxın Şərqdə gərginliyin artması fonunda həftəni kəskin artımla başa vurur.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 1,11 dollar (1,03%) ucuzlaşaraq bir barel üçün 106,52 dollara ticarət olunur. Ötən ticarət sessiyasının bağlanışında qiymət 6,42 dollar (6,34%) artaraq 107,63 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 0,84 dollar (0,82%) azalaraq bir barel üçün 101,64 dollara düşüb. Ötən sessiyanın yekununda onların dəyəri 6,43 dollar (6,69%) artaraq 102,48 dollara çatmışdı.

Hər iki markanın qiyməti həftə ərzində təxminən 13% artıb ki, bu da iyul ayının ortalarından bəri ən yaxşı həftəlik göstəricidir. Ötən gün kotirovkalar mayın 19-dan bəri ən yüksək həddə çatmışdı.

Almaz Həsənli