Sinopec: Çində elektrikli avtomobillərin payı 2030-cu ilə qədər 80%-ə çatacaq
Çinin neft-qaz korporasiyası "Sinopec" proqnozlaşdırır ki, Çində elektrikli avtomobillərin payı yaxın illərdə artmağa davam edəcək, baxmayaraq ki, onilliyin sonuna doğru bu artım templəri səngiyə bilər. 2030-cu ilə qədər bu göstərici 75%-dən 80%-ə çatacaq. "Reuters" agentliyinə istinadən Oxuməni az xəbər verir ki, bu barədə "Sinopec" nəzdindəki İnkişaf və İqtisadi Tədqiqatlar İnstitutunun vitse-prezidenti Feyri Van bildirib.
Xanım Van qeyd edib ki, elektrikli avtomobillərin bu cür geniş yayılması neftə olan tələbatın gündə orta hesabla 1,2 milyon barel azalmasına səbəb olacaq. O, "Bu, Çində neft məhsullarına olan ümumi tələbatın təxminən 15%-nə bərabərdir", - deyə bildirib.
"Reuters" yazır ki, Çində elektrikli avtomobillərin payı artıq dünyada ən yüksək göstəricilərdən biridir: cari ilin iyul ayında bu rəqəm 65%-ə çatıb (müqayisə üçün: 2025-ci ilin iyulunda 53%, 2020-ci ildə isə cəmi 5% təşkil edirdi).
Almaz Həsənli

























































































