Chrysler ABŞ-da 202 min Jeep avtomobilini geri çağıracaq
Avropanın avtomobil konserni Stellantis-ə daxil olan Amerikanın Chrysler şirkəti ABŞ-da təxminən 202 min Jeep avtomobilini geri çağırır. Oxuməni. az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatında bildirilir.
Geri çağırılmaya səbəb proqram təminatındakı xəta olub. Bu xəta səbəbindən təkərlərdə təzyiqə nəzarət sistemi təzyiqin azalmasını aşkar etməyə və müvafiq xəbərdarlıq indikatorunu işə salmağa bilər. Bu isə qəza riskini artırır.
Geri çağırılma müəyyən Grand Cherokee, Grand Cherokee 4XE, Grand Wagoneer və Grand Wagoneer L PHEV modellərinə şamil olunur.
Problemin aradan qaldırılması üçün avtomobil dilerləri proqram təminatını ödənişsiz yeniləyəcəklər.
Almaz Həsənli
Digər xəbərlər


























































































