Brent nefti bahalaşıb

Brent nefti bahalaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Bazar ertəsi səhər saatlarında ABŞ və İran arasında növbəti qarşılıqlı zərbələr fonunda etalon markalı neftin qiyməti artır.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri bir barel üçün 97,28 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 1 dollar yüksəkdir. Cümə günü bu fyuçerslərin qiyməti 0,76 dollar (0,8%) artaraq 96,28 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 0,98 dollar (1,07%) bahalaşaraq bir barel üçün 92,46 dollara çatıb. Ötən sessiyanın yekununda onların dəyəri 0,18 dollar (0,2%) artaraq 91,48 dollar olmuşdu.

Almaz Həsənli