Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Dünya bazarında Azərbaycanın Azeri Light markalı neftinin bir barelinin qiyməti 3,02 dollar və ya 2,96% artaraq 104,98 dollar təşkil edib. Oxuməni.az xəbər verir ki, bunu ötən ticarət əməliyyatlarının nəticələrindən əldə edilən rəsmi məlumatlar sübut edir.

Eyni zamanda, Brent markalı neft üzrə noyabr fyuçersləri 101,69 dollar səviyyəsində bağlanıb. Azərbaycan xammalının Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə qiyməti də müsbət dinamika nümayiş etdirərək 2,98 dollar və ya 3% bahalaşıb və bir barel üçün 102,19 dollara çatıb.

Qeyd edək ki, Azeri Light neftinin hasilatı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda həyata keçirilir və burada SOCAR-ın payı 35,3%-dir. Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 65 dollar səviyyəsində müəyyən edilib. Azeri Light markasının tarixi maksimum qiyməti 2008-ci ilin iyulunda 149,66 dollar, minimum qiyməti isə 2020-ci il aprelin 21-də 15,81 dollar olub.

Almaz Həsənli