Bitkoin bahalaşıb

Bitkoin bahalaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə axşamı axşam saatlarında bitkoinin dəyəri təxminən 5% artaraq 81 min dolları ötüb.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:56-ya olan məlumata görə, "Binance" kriptovalyuta birjasında bitkoin sutka ərzində 4,76% bahalaşaraq 81 038,34 dollara çatıb. 20-dən çox birjanın orta qiymətini hesablayan "CoinMarketCap"in məlumatına görə, kriptovalyuta 4,8% bahalaşaraq orta hesabla 81 036,9 dollardan ticarət olunub.

Bitkoin iki günlük enişdən sonra yenidən bahalaşır. Avqust ayının yekunlarına görə, onun dəyəri 25% artmışdı.

"Bloomberg" agentliyinin "IG Markets"in analitiki Toni Sikamora (Tony Sycamore) istinadən verdiyi məlumata görə: "Biz hesab edirik ki, bu artımın əhəmiyyətli bir hissəsi qısa mövqelərin bağlanması ilə bağlı olub... Texniki nöqteyi-nəzərdən, biz hələ də 71-76 min dollar səviyyələrinə doğru geriləmələrin alıcılar tərəfindən etibarlı dəstək tapacağını gözləyirik".

Almaz Həsənli