Brent nefti ucuzlaşıb

Brent nefti ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə axşamı səhər saatlarında neft qiymətləri mülayim şəkildə ucuzlaşır, investorlar Yaxın Şərqdəki hadisələrin gedişatını izləməyə davam edirlər.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 95,02 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,61 dollar (0,64%) aşağıdır. Çərşənbə günü bu müqavilələrin qiyməti 0,98 dollar (1%) artaraq bir barel üçün 95,63 dollara yüksəlmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,44 dollar (0,48%) azalaraq bir barel üçün 90,57 dollara düşüb. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 0,79 dollar (0,9%) artaraq 91,01 dollara çatmışdı.

Almaz Həsənli