Neft bahalaşmaqda davam edir

Neft bahalaşmaqda davam edir

Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın İrana endirdiyi yeni zərbələr və Tehranın cavab hücumları fonunda çərşənbə günü neftin qiyməti bahalaşmaqda davam edir.

Oxuməni. az xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,87 dollar (0,92%) artaraq bir barel üçün 95,52 dollar təşkil edib. Ötən ticarət sessiyasının bağlanışında bu müqavilələrin qiyməti 4,16 dollar (4,6%) artaraq 94,65 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə "WTI" markalı neftin oktyabr fyuçersləri 0,44 dollar (0,49%) bahalaşaraq bir barel üçün 90,66 dollar olub. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 4,46 dollar (5,2%) artaraq 90,22 dollara yüksəlmişdi.

Almaz Həsənli