Brent markalı neftin qiyməti ucuzlaşıb

Brent markalı neftin qiyməti ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Cümə günü səhər saatlarında neft qiymətləri, əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan kifayət qədər əhəmiyyətli artımdan sonra zəif templə azalır.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri bir barel üçün 89,37 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,33 dollar (0,37%) aşağıdır. Cümə axşamı günü bu fyuçerslərin qiyməti 1,86 dollar (2,1%) artaraq bir barel üçün 89,7 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət zamanı WTI markalı neftin oktyabr fyuçersləri isə 0,25 dollar (0,3%) ucuzlaşaraq bir barel üçün 83,28 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, onların dəyəri 1,3 dollar (1,6%) artaraq 83,53 dollara yüksəlmişdi.

Almaz Həsənli