Bloomberg: Meta 1,4 trilyon dollarlıq cərimə səbəbindən razılaşmağa çalışır
"Meta" korporasiyası ABŞ-ın bir neçə ştatının baş prokurorları ilə uşaqlara zərər vurulması ilə bağlı səs-küylü iş üzrə dünya sazişi (barışıq sazişi) bağlamaq imkanını müzakirə edib. Oxuməni. az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Oklend şəhərinin (Kaliforniya ştatı) federal məhkəməsində artıq ikinci həftədir davam edən məhkəmə prosesi "Meta" üçün ciddi təhlükə yaradır. Korporasiya uşaqların fərdi məlumatlarını qanunsuz toplamaq və istifadə etməkdə, "Facebook" və "Instagram"-da yeniyetmələrdə sosial şəbəkə asılılığı yaradan mexanizmləri qəsdən tətbiq etməkdə, həmçinin platformalarının təhlükəsizliyi ilə bağlı istifadəçiləri aldatmaqda ittiham olunur.
"Bloomberg"in qeyd etdiyinə görə, "Meta"nın öz hesablamalarına görə, məhkəməni uduzacağı təqdirdə şirkəti təxminən 1,4 trilyon dollar məbləğində cərimə gözləyə bilər ki, bu da şirkətin bazar kapitallaşmasına bərabərdir. Korporasiya ödəniş məbləğini azaltmaq üçün dünya sazişində maraqlıdır.
Avqustun əvvəlində Nyu-Meksiko ştatının məhkəməsi "Meta"nı platformalarının yetkinlik yaşına çatmayan istifadəçilərinin psixi sağlamlığına zərər vurulması ilə bağlı iş üzrə 567 milyon dollar cərimə ödəməyə məcbur etmişdi.
Almaz Həsənli








.jpg)
























.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



















































