Amur qaz-kimya kompleksində baş verən yanğın nəticəsində yeddi nəfər ölüb
Rusiyada istismara verilməsi planlaşdırılan Amur qaz-kimya kompleksinin (AQKK) tikinti sahəsində baş verən yanğın nəticəsində dəqiqləşdirilmiş məlumata görə, yeddi nəfər ölüb: altı Çin vətəndaşı və bir Rusiya vətəndaşı. Oxuməni az xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb. Podratçı təşkilatın əməkdaşları olan doqquz Çin vətəndaşı isə itkin düşmüş hesab olunur.
Ümumilikdə yanğın nəticəsində 152 nəfər xəsarət alıb, onlardan 36-sı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Amur QKK-da yanğın avqustun 25-də başlayıb. Yanğını təxminən bir sutka sonra söndürmək mümkün olub.
Müəssisənin mətbuat xidmətinin yaydığı ilkin məlumata görə, yanğın piroliz qurğusunun köməkçi texnoloji sahəsində baş verib. Kompleksin əsas avadanlıqları zərər görməyib.
Amur qaz-kimya kompleksi dünyada tikilməkdə olan ən iri polietilen və polipropilen istehsalı müəssisələrindən biridir. Plana əsasən, müəssisə məhsulun ilk partiyalarını 2026-cı ilin üçüncü rübündə istehsal etməli idi.
Almaz Həsənli








.jpg)
























.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



















































