Azərbaycan Gürcüstana qaz ixracından əldə etdiyi gəliri artırıb

Azərbaycan Gürcüstana qaz ixracından əldə etdiyi gəliri artırıb

Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan 2026-cı ilin ilk beş ayında Gürcüstana 1,422 milyard kubmetr təbii qaz ixrac edib. İxrac olunan qazın dəyəri 162,6 milyon dollar təşkil edib. Bu barədə Oxuməni az Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə qaz tədarükünün həcmi 92 milyon kubmetr (6,9 faiz), dəyəri isə 11,6 milyon dollar (7,7 faiz) artıb.

Bundan əlavə, 2026-cı ilin ilk beş ayında Azərbaycan səkkiz ölkəyə ümumilikdə 12,431 milyard kubmetr təbii qaz ixrac edib. İxracın ümumi dəyəri 4,105 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 0,5 faiz (65,848 milyon kubmetr) artıb, dəyəri isə 12,8 faiz (436,466 milyon dollar) azalıb.

Qeyd edək ki, 2026-cı ilə Azərbaycan təbii qaz ixracının coğrafiyasını 16 ölkəyə qədər genişləndirib. Tədarükün əsas marşrutu Cənub Qaz Dəhlizidir. Bu marşrutla hasil olunan xammalın 50 faizindən çoxu Avropadakı istehlakçılara çatdırılır. Həcminə görə ikinci ən böyük bazar isə Türkiyədir.

Almaz Həsənli