Rusiya ilk dəfə Türkiyədən benzin alıb
Rusiya ilk dəfə Türkiyədən bir partiya benzin alıb. 200 min barel yanacaq daşıyan tanker artıq Aralıq dənizi sahilindəki Mersin limanından yola düşüb. Oxuməni az xəbər verir ki, bu barədə "S&P Global Commodities at Sea" analitikləri məlumat yayıb.
İlkin məlumata görə, "Wendrix" tankeri iyulun 31-də limanı tərk edib və avqustun 23-nə olan vəziyyətə görə Finlandiya körfəzində olub. Gəminin böyük ehtimalla Leninqrad vilayətindəki Primorsk dəniz neft terminalına istiqamət aldığı bildirilir.
Ekvatorial Qvineya bayrağı altında üzən tanker Rusiyanın "kölgə donanması"na aiddir. Əvvəllər "Jasper" adlanan "Wendrix" gəmisi Aİ, Böyük Britaniya, Ukrayna və İsveçrənin sanksiya siyahılarına daxil edilib.
Türkiyədən edilən bu tədarük iyul ayından bəri Rusiyaya benzin idxalının məlum olan beşinci halıdır.
Daha əvvəl Rusiya Hindistanın Vadinar şəhərindəki neft emalı zavodundan yüklənən və Misirdə aşırıldıqdan sonra çatdırılan üç tanker benzin qəbul edib.
Digər bir partiya isə Mərakeşdən gəlib. Ölkədə fəaliyyətdə olan neft emalı zavodu olmadığı üçün həmin benzinin mənşəyi hələ də məlum deyil.
Bu dövr ərzində Rusiyaya dəniz yolu ilə çatdırılan benzinin ümumi həcmi 1 milyon bareldən çox olub.
KİV-lər yanacaq qıtlığının səbəblərindən biri kimi Rusiyanın neft emalı sektorundakı problemləri göstərir. İyul ayında Rusiyada neft emalı həcmi sutkada təxminən 3,6 milyon barel təşkil edib ki, bu da mövsümi səviyyədən təxminən üçdə bir qədər azdır. Buna cavab olaraq Rusiya hökuməti yanacaq ixracını qadağan edib, Belarusdan benzin idxalını 25 dəfə artırıb və Hindistan ilə Mərakeşdən alışlara başlayıb.
Avqust ayında neft emalı müəssisələrinin yüklənməsinin yenidən azalacağı gözlənilir. Səbəblər arasında qəzalar, məcburi dayanmalar və planlı təmir işləri göstərilir.
Eyni zamanda, Rusiya hakimiyyəti artıq bazar tələblərini yumşaldıb: "Avro-2", "Avro-3" və "Avro-4" standartlarına uyğun benzinin istehsalına və dövriyyəsinə icazə verib, həmçinin benzinin məcburi birja satışı normativini aylıq istehsal həcminin 15%-dən 10%-ə endirib.
Almaz Həsənli

.jpg)



.jpg)

































.jpg)
.jpg)
.jpg)





.jpg)


.jpg)

.jpg)
.jpg)



































