İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlama yerləri tikilir
Dünyanın ən varlı insanları üçün İsveçrə Alp dağlarında yeraltı qurğular tikilir. Dağın 100 metrdən çox dərinliyində sahiblərinin qızıl, nağd pul, sənət əsərləri və hətta bahalı avtomobillər saxlaması üçün təhlükəsiz saxlanma yerlərinin inşa edilməsi planlaşdırılır. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşrində gedən yazıda deyilir. Məlumata görə, layihə sahibkar Tomas Qasserə məxsus Brünig Mega Safe AG tərəfindən həyata keçirilir.
Tikinti 2026-cı ilin yanvar ayında başlayıb. Şirkət nümayəndəsi Hugo Schittenhelm-in sözlərinə görə, yüksək təhlükəsiz zonanın yaradılmasının əsas mərhələsi başa çatıb.

İlk gizli saxlama yerləri 2028-ci ildə hazır ola bilər və bu barədə arıq müştərilərlə müqavilələr imzalanıb. Tək bir saxlanc yerinin qiyməti 99 illik istifadə üçün bir milyon avroya çata bilər.
Ümumilikdə, dağ silsiləsi üçün 20-25 fərdi saclanv yerinin inşası planlaşdırılır. Onların istifadə hüquqları daşınmaz əmlak kimi torpaq reyestrinə daxil ediləcək. Saxlama yerləri sahiblərinə oğurluqdan, hücumlardan və hər hansı təbii fəlakətlərdən qorunma vəd edilir. Giriş yalnız bir neçə təhlükəsizlik yoxlamasından sonra mümkün olacaq. Ziyarətçilər qapılar sistemindən və təhlükəsizlik prosedurlarından keçməlidirlər.
Əziz MUSTAFA
.jpg)
























































































