Neftin qiyməti cüzi bahalaşır

Neftin qiyməti cüzi bahalaşır

Bəyəndim (1) Bəyənmədim (0)

Yaxın Şərqdən müsbət siqnalların gəlməməsi fonunda cümə axşamı səhər saatlarında neftin qiyməti cüzi artım nümayiş etdirir.

Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, Londonun ICE Futures birjasında "Brent" markalı neftin oktyabr fyuçersləri bir barel üçün 91,69 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 7 sent yüksəkdir. Çərşənbə günü bu fyuçerslərin qiyməti 0,6 dollar (0,7%) artaraq 91,62 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin sentyabr fyuçersləri isə 0,17 dollar (0,2%) bahalaşaraq bir barel üçün 86 dollara çatıb. Ötən sessiyanın yekununda isə onların dəyəri 0,89 dollar (1,1%) artaraq 85,83 dollar olmuşdu.

Almaz Həsənli