Rusiya dəmir yollarını Hind okeanına qədər uzatmağı planlaşdırır

Rusiya dəmir yollarını Hind okeanına qədər uzatmağı planlaşdırır

Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Türkmənistan və Özbəkistanla birlikdə Əfqanıstan və Pakistandan keçərək Hind okeanına qədər dəmir yollarının uzadılması imkanlarını araşdırır.

Oxuməni.az-ın məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin bildirib.

"Özbəkistan Əfqanıstan və Pakistandan keçərək Hind okeanına qədər dəmir yollarının uzadılması imkanlarını araşdırır. Nəqliyyat Nazirliyi bu işi fəal şəkildə davam etdirir", - deyə o bildirib.

Hazırda Xəzər dənizinin şərq dolama yolu kimi tanınan dəmir yolu marşrutu hazırlanır. Nəqliyyat Nazirliyi Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə birlikdə Hind okeanına avtomobil marşrutu da hazırlayır.

Əziz Mustafa