Azərbaycan nefti 95.5 dollara satılır

Azərbaycan nefti 95.5 dollara satılır

Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında bir barelinin qiyməti 0,07 dollar və ya 0,07% azalaraq 95,5 dollar təşkil edib. Oxuməni.az xəbər verir ki, bu, dünya bazarında keçirilən hərracların məlumatlarından irəli gəlir.

Qeyd olunur ki, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 93,56 dollar olub.

Bundan əlavə, Azərbaycan neftinin Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə qiyməti 0,06 dollar (təxminən 0,06%) azalaraq bir barel üçün 92,69 dollar təşkil edib.

Neftin qiymətinin azalması Hörmüz boğazının açılması ilə bağlı mümkün razılaşma perspektivləri ilə izah edilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının bu il üçün dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Almaz Həsənli