Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 18% artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 18% artıb

Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar ilin ilk altı ayında 18% artaraq 2,4 milyard manata (1,4 milyard ABŞ dolları) çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Maliyyə tənzimləyicisinin məlumatına görə, ilin ilk yarısında xarici investorların yatırımları ümumi investisiya həcminin təxminən 26%-ni təşkil edib.

Qeyd edək ki, ilin ilk yarısında Azərbaycanın əsas kapitalına 9 milyard manatdan çox vəsait yatırılıb. Bu, ötən ilin göstəricisindən təxminən 14% çoxdur.

Neft-qaz sektoruna yatırılan investisiyalarda da nəzərəçarpacaq artım qeydə alınıb və onların həcmi 3 milyard manata çatıb. Karbohidrogenlərin hasilatı ilə bağlı olmayan sahələrə isə 6 milyard manatdan çox vəsait yatırılıb.

Almaz Həsənli