Neftin qiyməti cüzi bahalaşır

Neftin qiyməti cüzi bahalaşır

Bəyəndim (2) Bəyənmədim (0)

Neftin qiyməti bazar ertəsi inamlı artımdan sonra çərşənbə axşamı səhər cüzi yüksəlir.

Bakı vaxtı ilə saat 09:07-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neft üzrə oktyabr fyuçersləri bir barel üçün 87,84 dollara satılır. Bu, əvvəlki sessiyanın bağlanış qiymətindən 0,12 dollar (0,14%) yüksəkdir. Bazar ertəsi bu kontraktların qiyməti 4,17 dollar (4,99%) artaraq 87,72 dollara çatıb.

Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən xəbər verir.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində sentyabr fyuçersləri üzrə WTI markalı neftin qiyməti həmin vaxta qədər 0,2 dollar (0,24%) artaraq bir barel üçün 82,33 dollara yüksəlib. Ötən gün onların qiyməti 3,95 dollar (5,05%) artaraq 82,13 dollar təşkil edib.

Neft bazarı üçün əsas amil olaraq Yaxın Şərqdəki vəziyyət qalır. ABŞ və İran arasında münaqişənin tənzimlənməsi və tankerlərin Hörmüz boğazından maneəsiz hərəkətinin bərpa olunması perspektivləri hələ də qeyri-müəyyəndir.

Almaz Həsənli