Nissan Qashqai yürüş məsafəsinə görə Ginnesin Rekordlar Kitabına düşüb

Nissan Qashqai yürüş məsafəsinə görə Ginnesin Rekordlar Kitabına düşüb

Bəyəndim (0) Bəyənmədim (0)

Nissan Qashqai e-Power krossoveri, benzin mühərrikinin yalnız generator rolunu oynadığı və təkərlərlə birbaşa əlaqəsi olmayan ardıcıl hibrid elektrik güc qurğusuna (EREV) malik ən uzun məsafə qət edən SUV kimi Ginnesin Rekordlar Kitabına daxil olub. Oxuməni.az xəbər verir ki, bu barədə “autopilot.ru” məlumat verib.

Nissan Qashqai e-Power enerji doldurmadan və yanacaq almadan 1980 km məsafə qət edib. Yürüş iyulun ortalarında Kolumbiyada baş tutub. Marşrut Boqotadan Karib dənizi sahillərinə qədər uzanıb və eniş zamanı rekuperasiya hesabına enerjiyə qənaət etməyə imkan verən əhəmiyyətli hündürlük fərqlərini əhatə edib.

Üçüncü nəsil e-Power güc qurğusu generator rolunu oynayan 154 at gücünə malik 1,5 litrlik benzin turbomühərrikini, 205 at gücündə elektrik mühərrikini, generatoru, invertoru, reduktoru və 2,1 kVt/saat tutumlu batareyanı özündə birləşdirir. Ötən il aparılan ölçmələrə görə, WLTP dövrü üzrə bu Qashqai-yə 100 km yol üçün 4,5 litr benzin tələb olunur.

Almaz Həsənli