Qızılın qiyməti bahalaşıb

Qızılın qiyməti bahalaşıb

Bəyəndim (0) Bəyənmədim (0)

Comex birjasında dekabr ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 6 iyul 2026-cı il tarixindən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4 200 dolları ötüb. Oxuməni.az xəbər verir ki, bu barədə ticarət meydançasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, yuçersin qiyməti artım tempini sürətləndirərək bir troy unsiyası üçün 4 201,9 dollar (+1,19%) səviyyəsində olub. Eyni zamanda, gümüş 2,1% bahalaşaraq bir troy unsiyası üçün 61,5 dollar təşkil edib.

Qeyd edək ki, bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) 15-16 sentyabr tarixlərində keçiriləcək iclasında uçot dərəcəsini artırması ehtimalını 57% səviyyəsində qiymətləndirir. Treyderlər Yaxın Şərqdə diplomatiya sahəsindəki irəliləyiş əlamətlərini təhlil etdikcə, qızılın qiyməti sabitləşib.

Almaz Həsənli