Avropa İttifaqı Ukraynaya ilin sonuna qədər əlavə 8,3 milyard avro vəd edib

Avropa İttifaqı Ukraynaya ilin sonuna qədər əlavə 8,3 milyard avro vəd edib

Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 8,3 milyard avro vəd edib. Oxuməni.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir ki, "Aİ Şurası Ukrayna üçün planı - Ukraynanın əlavə maliyyələşdirmə almadan əvvəl həyata keçirməli olduğu iddialı islahatların yol xəritəsini təsdiqləyib". Brüsselin tələblərinə korrupsiyaya qarşı mübarizə və Ukraynada qanunun aliliyini gücləndirmək üçün yeni islahatlar daxildir.

15 iyulda Avropa Komissiyası (AK) Ukraynaya 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramından əlavə 1 milyard avro ayırıb. Aİ prezidenti Ursula fon der Leyen aydınlaşdırıb ki, vəsait dronların alınması üçün istifadə olunacaq.

Aİ aprel ayında Ukraynaya 90 milyard avro kredit ayırıb. Bu kredit 2026-2027-ci illər üçün nəzərdə tutulub. Vəsaitlər Aİ büdcəsi ilə təmin edilən kapital bazarlarından Aİ-nin borclanması yolu ilə toplanacaq. Kreditin böyük hissəsi - 60 milyard avro - Ukraynanın müdafiə sənayesi potensialının inkişafına yönəldilib.

Əziz Mustafa